Ağır atletika üzrə dünya çempionatı keçiriləcək

13 İyun 2017 11:30

Xəbər 1262 dəfə oxunub

İyunun 15-23-də Yaponiyanın paytaxtı Tokioda ağır atletika üzrə 43-cü kişilər və 23-cü qadınlar arasında gənclərin dünya çempionatı keçiriləcək.Azərbaycan Ağır Atletika Federasiyasından Azərtac-a bildirilib ki, yarışda yüzə yaxın ölkədən 306 atlet (125 qadın və 181 kişi) körpücük üzərinə çıxacaq. İştirakçılar arasında Azərbaycan yığma komandasının üzvləri də var.Tokionun “Kishi Memorial Hall” Kompleksində keçiriləcək çempionatda 4 gənc atletimiz medal mübarizəsinə qoşulacaq. Turnirdə ölkəmizi Məhəmməd Məmmədli, Kənan Xəlilov (hər ikisi 62 kq), İsa Rüstəmov (69 kq) və Hüseyn İsmayılov (94 kq) təmsil edəcəklər.xeber100.com