Cüdo üzrə Azərbaycan milli komandasının əsas üzvləri hazırda Yaponiyada təlim-məşq toplanışındadırlar.Azərtac xəbər verir ki, hər il ənənəvi keçirilən məşq prosesində Azərbaycan cüdoçuları ilə yanaşı Yaponiya, Fransa, Koreya Respublikası, Braziliya, Çex Respublikası, Monqolustan, İtaliya, Rusiya kimi dünyanın aparıcı cüdo ölkələrinin milli komandaları da iştirak edirlər.İdmançılarımız baş məşqçi Fərhad Məmmədov, məşqçilər Mövlud Mirəliyev və Şümşat Bəhramovun rəhbərliyi altında gündə 2 dəfə məşq edərək gələcək beynəlxalq yarışlara hazırlaşırlar.Tokio toplanışında Orxan Səfərov, Nicat Şıxəlizadə, Rüstəm Orucov, Hidayət Heydərov, Telman Vəliyev, Məmmədəli Mehdiyev, Firudin Dadaşov, Elxan Məmmədov, Zelim Kotsoyev, Uşanqi Kokauri, İçinxorlo Munxtsedev, Aişə Qurbanlı, Nəzakət Əzizova və Xanım Hüseynova iştirak edirlər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…