“Neftçi” futbol klubunda yeni təyinat…

15 İyun 2017 14:10

Xəbər 1281 dəfə oxunub

“Neftçi” futbol klubunun qapıçılar üzrə məşqçisi vəzifəsinə yeni təyinat olub.Azərtac kluba istinadla xəbər verir ki, bu vəzifəni Rauf Salamov yerinə yetirəcək.Qırx doqquz yaşlı məşqçi 1994-1996-cı, 1998-1999-cu illərdə “Neftçi”də çıxış edib.R.Salamov bu müddət ərzində ölkə çempionatının (1996-cı il), kubokunun (1995-ci, 1996-cı) və Superkubokunun (1995-ci) qalibi olub.xeber100.com