Türkiyənin Çeşmə şəhərində şahmat üzrə beynəlxalq festival başa çatıb. Azərbaycan nümayəndəsi Vüqar Rəsulov festivalın gümüş medalını qazanıb.Azərtac xəbər verir ki, “A” turnirində 9 mümkün xaldan 7 xal toplamış Ukrayna nümayəndəsi Andrey Sumets qalib gəlib. Vüqar Rəsulov, Yuri Solodovniçenko (Ukrayna), Gürcüstan nümayəndələri Konstantin Şanava və Qiqi Kuparadze, habelə rusiyalı Yevgeni Qleyzerovun da aktivində bu qədər xal var. Əlavə göstəricilər nəzərə alınmaqla gümüş medal Azərbaycan qrossmeysterinə, bürünc medal isə Ukrayna şahmatçısına təqdim edilib.Azərbaycanın digər nümayəndələri: Ülvi Sadıqov (6,5 xal) 8-ci, Şəhriyar Rəhmanov (6 xal) 17-ci, hərəsinin aktivində 5,5 xal olan Nail Bəşirli və Bəhruz Rzayev, müvafiq surətdə, 24-cü və 28-ci yerləri tutublar. Cəmi 5 xal toplamış Azər Abdullayev isə 41-ci yerlə kifayətlənməli olub.Turnirdə 10-dan çox ölkədən 128 şahmatçı, o cümlədən 14 qrossmeyster iştirak edirdi.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…