2017/2018-ci il mövsümünün təsnifat mərhələsinin püşkü atılıb

20 İyun 2017 11:42

Xəbər 1843 dəfə oxunub

İyunun 19-da İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında futbol üzrə Avropa Liqasının 2017/2018-ci il mövsümünün birinci və ikinci təsnifat mərhələsinin püşkü atılıb. Avroliqanın ilk təsnifat mərhələsində 100 klub mübarizəyə başlayacaq. Daha yüksək reytinqli 16 komanda isə ikinci təsnifat mərhələsində yarışa qoşulacaq.İlk təsnifat mərhələsində “İnter” Serbiyanın “Mladost Luçani”, “Zirə” isə Lüksemburqun “Differdanj 03” klubu ilə qarşılaşacaq. Azərbaycan Premyer Liqasının gümüş medalçısı “Qəbələ” isə ikinci təsnifat mərhələsindən mübarizəyə başlayacaq 16 komandadan biridir. Güclülərin arasında olan “Qəbələ” nisbətən zəif rəqiblə – ilk təsnifat mərhələsində qarşılaşacaq “Yaqiellonia Bialistok” (Polşa) və “Dinamo Batumi” (Gürcüstan) cütlüyünün qalibi ilə görüşəcək. “Qəbələ” ilk oyunu iyulun 13-də evdə, iyulun 20-də isə səfərdə keçirəcək.xeber100.com