Rusiyada keçirilən FIFA Konfederasiyalar Kuboku turnirinin qrup mərhələsinin ikinci turu çərçivəsində iyunun 21-də “A” qrupunda yer alan digər komandalar – Meksika və Yeni Zelandiya yığmaları üz-üzə gəliblər.Azərtac xəbər verir ki, Soçidəki “Fişt” stadionunda keçirilən oyunda meksikalılar 2:1 hesabı ilə qalib gələrək qrupdan çıxmaq şanslarını artırıblar.Matçda hesabı yeni zelandiyalılar açıblar. Oyunun 42-ci dəqiqəsində Kris Vud adını tabloya yazdırıb. İlk hissə bu hesabla başa çatıb. Fasilədən sonra təzyiqi artıran Meksika yığması 54-cü dəqiqədə Raul Ximenesin, 72-ci dəqiqədə isə Oribe Peraltanın qolları ilə qələbəni təmin edib – 2:1.Beləliklə, Meksika milli komandası qrupdan çıxmaq yolunda vacib üç xalı aktivinə yazdıra bilib. Yeni Zelandiya komandası isə qrupda ikinci oyunda da məğlub olaraq növbəti mərhələyə yüksəlmək şansını itirib.İki turdan sonra “A” qrupunda Portuqaliya və Meksika yığmalarının 4 xalı var. Rusiya 3 xalla üçüncü, xal toplaya bilməyən Yeni Zelandiya isə sonuncu sıradadırlar. Qrup mərhələsinin sonuncu turunda Rusiya-Meksika və Portuqaliya-Yeni Zelandiya qarşılaşmaları keçiriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…