UEFA Avropa Liqasının ilkin təsnifat mərhələsinin oyunlarına təyinat

22 İyun 2017 13:10

Xəbər 857 dəfə oxunub

FIFA referilərimiz UEFA Avropa Liqasının ilkin təsnifat mərhələsinin oyunlarına təyinat alıblar.AFFA-dan Azərtac-a bildirilib ki, iyunun 19-da keçiriləcək “Kayrat” (Qazaxıstan)–“Atlants” (Litva) oyununun baş hakim Ömər Paşayev olacaq. Ona Namiq Hüseynov və Mübariz Haşımov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Əliyar Ağayev yerinə yetirəcək.Eyni gündə digər oyun isə Latviyada yerli “Ventspils” və “Valur” (İslandiya) klubları arasında keçiriləcək. UEFA matçı baş hakim Rəhim Həsənova həvalə edib. Onun köməkçiləri Yaşar Abbasov və Vaqif Musayev, qarşılaşmanın dördüncü hakimi isə Rauf Cabbarov olacaq.xeber100.com