İyunun 27-dən iyulun 2-dək Almaniyanın Dortmund şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatı keçiriləcək.Azərbaycan Güləş Federasiyasından Azərtac-a bildiriblər ki, yarışın ilk iki günündə sərbəst güləşçilər mübarizə aparacaqlar. Böyük məşqçi Saypulla Absadiovun və məşqi Rövşən Hacıyevin rəhbərliyi ilə çempionatda ölkəmizi Şahin Muxtarov (50 kq), Əfqan Xaşalov (55 kq), Əli Rəhimzadə (60 kq), Mahal Novruzov (66 kq), Abubakr Abakarov (74 kq), Hacımurad Məhəmmədsəidov (84 kq), Məhəmmədrəsul Qazıməhəmmədov (96 kq) və Umar İsrailov (120 kq) təmsil edəcəklər.Çempionatın üçüncü və dördüncü günlərində gənc qızlar arasında qaliblər müəyyənləşəcək. Yığma komandanın böyük məşqçisi Nazim Əlicanovun və məşqçi İsaməddin Hüseynovun rəhbərliyi altında yığma komandanın altı üzvü Dortmunda yollanacaq. Çempionatda ölkəmizi Zenfira Ələkbərli (44 kq), Türkan Nəsirova (48 kq), Tatyana Vorontsova (51 kq), Leyla Qurbanova (55 kq), Ləman Qurbanova (59 kq) və Ceyla Nağızadə (63 kq) təmsil edəcəklər.Yarışın sonuncu günlərində xalçaya yunan-Roma güləşçiləri çıxacaqlar. Böyük məşqçi İlqar Abdulovun və məşqçi Zöhrab Abbasovun rəhbərlik etdiyi yığmanın heyətində Zülfüqar Əliyev (50 kq), Elşad Məmmədov (55 kq), Kamran Mirzəliyev (60 kq), Namaz Rüstəmov (66 kq), Ülvi Qənizadə (74 kq), Tuncay Vəzirzadə (84 kq), Seyidməhəmməd Ömərov (96 kq) və Tehran Əminzadə (120 kq) Almaniyaya yollanacaqlar.Görüşlərin idarə olunmasında Azərbaycanı beynəlxalq dərəcəli hakimlər Sədi Quliyev və İntiqam Alıyev təmsil edəcək.Ötən il keçirilən Avropa çempionatında gənclərimiz 5 qızıl, 2 gümüş, 5 bürünc medal qazanmışdılar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…