Konfederasiyalar Kuboku turnirinin qrup mərhələsində növbəti oyun…

23 İyun 2017 13:23

Xəbər 782 dəfə oxunub

İyunun 22-də Rusiyada keçirilən FIFA Konfederasiyalar Kuboku turnirinin qrup mərhələsinin ikinci turu çərçivəsində növbəti oyun Almaniya ilə Çili yığmaları arasında keçirilib.Azərtac xəbər verir ki, bu gün keçirilən “B” qrupunun ikinci görüşü də heç-heçə yekunlaşıb. Əvvəlcə Çili yığması Aleksis Sançeslə hesabı açıb. Birinci hissənin sonuna yaxın isə dünya çempionlarının heyətində Stindl bərabərlik qolunu vurub. Bundan sonra oyunda başqa qol olmayıb və komandalar bir xalla kifayətləniblər.xeber100.com