2017/2018-ci il mövsümünə hazırlıq çərçivəsində…

29 İyun 2017 10:54

Xəbər 884 dəfə oxunub

“Qəbələ” 2017/2018-ci il mövsümünə hazırlıq çərçivəsində ikinci təlim məşq-toplanışına start verib.Azərtac xəbər verir ki, “qırmızı-qaralar” Avstriyanın Zalsburq bölgəsində bir araya gəliblər. Komanda toplanışın ilk gününü bir məşqlə tamamlayıb. Günün ikinci yarısına təsadüf edən hazırlıq prosesi toplu çalışmalardan ibarət olub. Roman Qriqorçukun yetirmələrinin bu günə iki məşqi nəzərdə tutulub.Xatırladaq ki, iyunun 3-də Bakıda bir araya gəlib, iyunun 7-23-də Avstriyanın Fulpmes qəsəbəsində təlim-məşq toplanışında olan “Qəbələ”nin hazırlıq prosesinin ikinci hissəsi iyulun 9-dək davam edəcək. Bu müddətdə komanda üç yoxlama oyununda qüvvəsini sınayacaq.xeber100.com