Atıcılıq Federasiyasının məlumatına görə…

3 İyul 2017 11:10

Xəbər 785 dəfə oxunub

Bakıda atıcılıq üzrə Avropa çempionatına qatılacaq ölkələrin və snayperlərin sayı açıqlanıb.Azərbaycan Atıcılıq Federasiyasından Azərtac-a bildirilib ki, çempionatda 43 ölkənin yığması 25, 50 və 300 metr məsafələrdən hədəfi nişan almada, həmçinin stendin bütün növləri üzrə yarışlarda gücünü sınayacaq.Turnirdə 932 snayper dəqiqliyini yoxlayacaq və yeniyetmə idmançılar Olimpiya Festivalına lisenziya üçün mübarizə aparacaqlar.Qeyd edək ki, çempionat iyulun 21-dən avqustun 4-dək Bakı Atıcılıq Mərkəzində keçiriləcək.xeber100.com