“Azərbaycan Beynəlxalq Bankı” (ABB) müştəriləri yay istirahətinə gedərkən evdəki pulları, qiymətli əşyaları, mühüm sənədləri harada saxlamaq qayğısından azad edir.ABB-nin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, bankın yeni “1+1” kampaniyasından faydalanacaq müştərilər tətil vaxtı bütün bunları “Azərbaycan Beynəlxalq Bankı”na rahatlıqla etibar edə biləcəklər. Kampaniya dövründə bankdan 1 ay müddətinə depozit seyfi icarəyə götürən hər bir müştəriyə seyfin növbəti bir aylıq icarəsi hədiyyə ediləcək. Kampaniya iyulun 5-dən avqustun 4-dək keçərlidir.Müxtəlif ölçülü depozit seyflərini bankın baş ofisindən, eləcə də Bakı və Gəncədəki filiallarından icarəyə götürmək olar. Bu seyflər ən etibarlı mühafizə sisteminə malikdir.Qeyd edək ki, “Azərbaycan Beynəlxalq Bankı” ölkəmizdə avtomatlaşdırılmış depozit seyfləri sistemini tətbiq edən ilk bankdır. Seyflərin minimal icarə müddəti 1 gün, maksimal icarə müddəti isə 1 ildir. Depozit seyflərinin icarə haqqı 1 aylıq 20 manatdan başlayır və seyfin ölçüsündən asılı olaraq dəyişir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…