Tennis üzrə Azərbaycan birinciliyinə yekun vurulub

7 İyul 2017 11:53

Xəbər 686 dəfə oxunub

Gənclər və İdman Nazirliyinin və Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə stolüstü tennis üzrə Azərbaycan birinciliyinə yekun vurulub.Azərtac xəbər verir ki, dörd gün davam edən və şəxsi xarakter daşıyan birincilikdə Bakı, Sumqayıt, Qaradağ, Şəki, Şabran, Gədəbəy və digər şəhər və rayonlardan 100-ə yaxın idmançı iştirak edib.Qalib gəlmiş idmançılara diplom və medallar təqdim olunub.xeber100.com