“Sumqayıt” komandası yoxlama oyununda gücünü sınayacaq

11 İyul 2017 11:50

Xəbər 726 dəfə oxunub

“Sumqayıt” futbol klubu Azərbaycan Premyer Liqasının 2017/2018-ci il mövsümü üçün hazırlıq prosesinin ikinci mərhələsini ölkə xaricində keçirəcək.Azərtac kluba istinadla xəbər verir ki, komanda baş məşqçi Samir Abasovun rəhbərliyi altında iyulun 15-dən 29-dək Türkiyənin Bolu bölgəsində hazırlaşacaq. “Sumqayıt” Türkiyədə 4 yoxlama matçı keçirməyi planlaşdırır. Rəqiblər hələ müəyyənləşməyib.Komanda Bolunun “VON Resort Hotel”ində məskunlaşacaq.xeber100.com