“Qəbələ” futbol klubu Polşaya yollanıb

17 İyul 2017 10:41

Xəbər 763 dəfə oxunub

UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin “Yagelloniya” ilə iyulun 20-də keçiriləcək cavab oyununa hazırlaşan “Qəbələ” futbol klubu Polşaya yollanıb.Azərtac xəbər verir ki, “qırmızı-qaralar” Varşavada ilk məşqə çıxıblar. “Regent” otelində məskunlaşan “qırmızı-qaralar” məşqini “Drukarz” klubunun stadionunda gerçəkləşdirirlər. Futbolçular toplu və topsuz təmrinləri icra ediblər. “Qəbələ” iyulun 17-18-də də Varşavadakı bu arenada hazırlıq keçdikdən sonra oyunun baş tutacağı Belostok şəhərinə yollanacaq.Komandalar arasında Bakıda təşkil olunan ilk oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.Xatırladaq ki, iyulun 20-də baş tutacaq “Yagelloniya”–“Qəbələ” qarşılaşması Belostok şəhər stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.xeber100.com