Futzal üzrə yoldaşlıq görüşü keçirilib

20 İyul 2017 13:29

Xəbər 890 dəfə oxunub

Azərbaycan Güləş Federasiyasının təşkilatçılığı ilə idman jurnalistləri və güləş üzrə ölkə yığma komandalarının idmançı və məşqçi heyəti arasında futzal üzrə yoldaşlıq görüşü keçirilib.Azərtac xəbər verir ki, Olimpiya Güləş Mərkəzinin oyun zalında baş tutan görüş dostluq şəraitində keçib.Yekunda güləş yığmamızın üzvləri və məşqçiləri jurnalistlər yığmasına 6:2 hesabı ilə qalib gəliblər.Oyun başa çatdıqdan sonra jurnalistlər üçün ziyafət verilib. Sərbəst güləş üzrə böyüklərdən ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudov çıxış edərək mətbuat nümayəndələrini peşə bayramı münasibətilə təbrik edib.xeber100.com