“Qarabağ” futbol klubunun rəqibi müəyyənləşib

20 İyul 2017 14:03

Xəbər 1000 dəfə oxunub

“Qarabağ” futbol klubunun Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.Azərtac xəbər verir ki, Azərbaycan klubu Moldovanın “Şerif” komandası ilə oynayacaq. “Şerif” II təsnifat mərhələsində Albaniyanın “Kukesi” komandasına qalib gəlib. İki komanda arasındakı cavab görüşündə “Kukesi” 2:1 hesabı ilə qalib gəlib. Lakin ilk görüşdə 1:0 hesabı ilə qalib gələn “Şerif” Albaniyadakı qələbəsi sayəsində irəli çıxıb.”Qarabağ” ilə “Şerif” arasındakı ilk oyun iyulun 25-26-da Bakıda, cavab görüşü isə 1-2 avqustda Tiraspolda keçiriləcək.xeber100.com