“Sumqayıt” futbol klubu növbəti yoxlama matçını keçirib

21 İyul 2017 10:10

Xəbər 702 dəfə oxunub

2017/2018-ci il futbol mövsümünə hazırlaşan “Sumqayıt” futbol klubu hazırlığın ikinci mərhələsi üçün yollandığı Boluda növbəti yoxlama matçını keçirib.Azərtac xəbər verir ki, komandamız Səudiyyə Ərəbistanı təmsilçisi “Al-Fateh” klubu ilə üz-üzə gəlib.Qarşılaşma “Sumqayıt” klubunun hücumları ilə başlayıb. Oyunun əvvəlindən hücuma atılan komandamız hesabı 14-cü dəqiqədə açıb. Sumqayıt təmsilçisinin yeni transferi Rəşad Eyyubov cərimə zərbəsindən topu qapının “uzaq doqquzluğ”una göndərməklə baxımlı qola imza atıb.Oyunun 37-ci dəqiqəsində Rəşad Eyyubov daha bir gözəl qolla yadda qalıb. Fasilədən sonra heyətdə bir neçə dəyişiklik oldu. Ümumiyyətlə, baş məşqçi Samir Abasov bu oyunda bütün futbolçuları sınaqdan keçirib.İkinci hissə də “Sumqayıt”ın üstünlüyü ilə keçib. Qarşılaşmanın 88-ci dəqiqəsində Tural Bayramlının cinah ötürməsindən sonra Ramil Həsənov başla vurduğu qolla oyunun hesabını rəsmiləşdirib.Beləliklə, görüş “Sumqayıt”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.xeber100.com