“Neftçi” klubu “Şalke” komandası ilə yoxlama matçı keçirib

27 İyul 2017 12:04

Xəbər 1027 dəfə oxunub

Avstriyada təlim-məşq toplanışında olan Bakının “Neftçi” klubu iyulun 26-da Almaniyanın “Şalke” komandası ilə yoxlama matçı keçirib.Azərtac xəbər verir ki, qarşılaşma paytaxt təmsilçisinin 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.Avstriyanın Noykirxen şəhərindəki “Sportzentrum” stadionunda keçirilən qarşılaşmada yeganə qolu oyunun 27-ci dəqiqəsində Tekbete vurub.Qeyd edək ki, paytaxt təmsilçisi növbəti yoxlama oyununu iyulun 30-da Birləşmiş Ərəb Əmirliyinin “Al Ain” klubuna qarşı keçirəcək. Avqustun 2-də isə “Neftçi” Almaniyanın “Herta” klubu ilə qarşılaşacaq.xeber100.com