İyulun 27-də “Qəbələ” klubu futbol üzrə UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində ilk oyununu keçirib.Azərtac xəbər verir ki, Afinadakı “Apostolos Nikolaidis” stadionunda Yunanıstanın “Panatinaikos” komandası ilə qarşılaşan “Qəbələ” 0:1 hesabı ilə məğlub olub.İspaniyalı referi Xuan Martines Munueranın idarə etdiyi oyunda yeganə qolu matçın 37-ci dəqiqəsində rəqib komandanın heyətində Gilyerme Molins 11 metrlik cərimə zərbəsindən vurub. Qalan dəqiqələrdə matçda qol olmayıb və oyun bu hesabla başa çatıb.Komandalar arasında cavab qarşılaşması bir həftə sonra Bakıda, “Bakcell Arena”da keçiriləcək.Xatırladaq ki, iki il əvvəl bu komandalar avroliqanın play-off mərhələsində üz-üzə gəliblər. Həmin mövsüm Roman Qriqorçukun baş məşqçisi olduğu kollektiv məhz səfərdə vurduğu qollar sayəsində tarixində ilk dəfə qrup mərhələsində oynamaq hüququ qazanmışdı – 0:0, 2:2.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…