“Şahmatçı ailəm” adlı turnir keçirilib

31 İyul 2017 10:47

Xəbər 754 dəfə oxunub

Ötən həftəsonu Heydər Əliyev Mərkəzinin parkında “Şahmatçı ailəm” turniri keçirilib.Azərtac xəbər verir ki, yarışda 50 komanda, ümumilikdə 100 nəfər iştirak edib.İştirakçılar əvvəlcədən qeydiyyatdan keçərək yarışa qoşulublar. Hər komanda 2 üzvdən ibarət olub: kapitan (14 yaşınadək gənc) və onun bir ailə üzvü. Ailə üzvü olaraq bacı, qardaş, ana, ata, nənə və ya baba yarışda iştirak edib.Turnirdə ən gənc iştirakçının 6, ən yaşlı şahmatçının isə 75 yaşı olub.Sürətli şahmat qaydalarına uyğun keçirilən turnir 5 mərhələdən ibarət olub. Komandalar qarşılaşarkən kapitan rəqib kapitanla, ailə üzvü isə rəqib komandanın ailə üzvü ilə mübarizə aparıb. Hər bir üzvün qazandığı xalların cəmi komandanın xalı kimi hesablanıb və ən çox xal toplamış komandalar turnirin qalibi elan olunub.Birinci yeri Səbinə Rzalının (atası Süleyman Rzalı), 2-ci yeri Mirfamil Seyidlinin ( qardaşı Mirmövsüm Seyidli), 3-cü yeri İsmayıl Məhəmmədin (atası Fərman İsmayıl) komandaları qazanıb.Tofiq Abdullayev (babası Mehmanağa Quliyev) və Rafael Bayramlının (atası Araz Bayramov) komandaları eyni xal qazandığından hər ikisi 4-cü yerə layiq görülüblər.İlk 3 yeri tutan komandalar medal və sertifikatla, 4-cü yeri tutanlar isə sertifikatla təltif olunub.Turnirə beynəlxalq dərəcəli hakim Ülkər Umudova və “Ağ At” şahmat klubunun müəllimləri nəzarət ediblər.Tədbir şahmatın inkişafı, təbliği, uşaq və yeniyetmələrin, şahmatsevərlərin asudə vaxtının səmərəli təşkili məqsədilə keçirilib.xeber100.com

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02