Avropa çempionatının on birinci gününün yarışları start götürüb

31 İyul 2017 10:50

Xəbər 800 dəfə oxunub

Bakı Atıcılıq Mərkəzində keçirilən atıcılıq üzrə Avropa çempionatının on birinci gününün yarışları start götürüb.Azərtac xəbər verir ki, bu gün Azərbaycanın beş idmançısı mübarizəyə qoşulub.Çempionatda kişilər arasında 25 metr məsafəyə tapança ilə mərkəzə atəşaçma, 300 metr məsafəyə tüfəng ilə üç vəziyyətdə atəşaçma, kişi və yeniyetmələr (gənclər) arasında dairəvi stend atıcılığı yarışları və qadınların dairəvi stend atıcılığının final mərhələsi keçiriləcək.Azərbaycanı kişilər arasında dairəvi stend atıcılığı yarışında Emin Cəfərov, Fuad Qurbanov, Niyaz Ağazadə, yeniyetmələrdə isə Cavid Həsənov təmsil edəcək.Kişilər arasında 25 metr məsafəyə tapança ilə mərkəzə atəşaçma yarışında isə Azərbaycan idmançılarından “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının beşqat çempionu Ruslan Lunyov mübarizə aparacaq.xeber100.com