“Azərbaycan Beynəlxalq Bankı” “Yaşa görə güzəşt” kampaniyasına start verib.Bankdan Azərtac-a bildiriblər ki, kampaniya çərçivəsində “Azərbaycan Beynəlxalq Bankı”ndan nağd pul krediti əldə edən müştərilər yaşlarından asılı olaraq həm kreditin ödəniş müddətində, həm də illik faiz dərəcəsində güzəştlər qazanacaqlar. Yəni, müştərilər krediti indi alıb, əsas borcu güzəşt müddətindən sonra ödəməyə başlayacaqlar.Yaşa görə güzəştlər ümumən aşağıdakı formada olacaq:-18-44 yaş aralığında olan müştərilər üçün ödəniş müddətində 1 ay güzəşt + 1 faiz endirim- 45 və yuxarı yaş qrupuna aid olan müştərilər üçün ödəniş müddətində 2 ay güzəşt + 2 faiz endirim.Kampaniya avqustun 1-dən 15-dək keçərlidir. Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini “Azərbaycan Beynəlxalq Bankı”nın maaş və pensiya kartı sahibləri bankın bütün filiallarından əldə edə bilər. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi ilə bankın filiallarına yaxınlaşmaq kifayətdir. Kreditin illik faiz dərəcəsi 25 faizdən başlanır. Kredit rəsmiləşdirilən zaman müştəri “Avtoödəmə” sisteminə qoşulmaqla aylıq ödənişləri banka gəlmədən rahat bir şəkildə həyata keçirə bilər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…