Bu gün “Qəbələ” klubu futbol üzrə UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyununa çıxacaq.Azərtac xəbər verir ki, bu mərhələ çərçivəsində Azərbaycan təmsilçisi Bakıda Yunanıstanın “Panatinaikos” klubunu qəbul edəcək.Matçı İngiltərədən olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Kreyq Pauson olacaq. Ona yan xətt hakimləri Li Betts və Adam Nunn (hər ikisi İngiltərədən) kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Kevin Friend yerinə yetirəcək.“Bakcell Arena” stadionunda keçiriləcək qarşılaşma saat 21:00-da start götürəcək.Komandalar arasında iyulun 27-də Afinada təşkil olunmuş ilk oyun 1:0 hesabı ilə rəqibin xeyrinə başa çatıb.“Qırmızı-qaralar” iki görüşün nəticəsinə görə Yunanıstan təmsilçisindən üstün olsa, turnirin pley-off mərhələsinə yüksələcəklər.Xatırladaq ki, Azərbaycan çempionatının gümüş mükafatçısı ikinci təsnifat mərhələsində Polşanın “Yagelloniya” klubunu mübarizədən kənarlaşdırmışdı.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…