“Qəbələ” 2017/18 mövsümünün hazırlığını davam etdirir

9 Avqust 2017 11:03

Xəbər 799 dəfə oxunub

“Qəbələ” komandası Topaz Premyer Liqasının 2017/18 mövsümünün hazırlığını davam etdirir.Azərtac xəbər verir ki, “Qırmızı-qaralar” bu həftə start götürəcək Premyer Liqaya Bakıda hazırlaşır.Roman Qriqorçukun yetirmələri avqustun 7-dən paytaxtdakı Bakı Olimpiya Stadionunda hazırlıq keçir. Məşqlərini ölkənin ən böyük arenasında keçirən “Qəbələ” klubu “İnter”lə ilk turun səfər matçını avqustun 12-də keçirəcək.Xatırladaq ki, birinci turun “İnter” – “Qəbələ” oyunu avqustun 12-də “İnter Arena”da olacaq. Görüş saat 20:00-da başlayacaq.xeber100.com