“Pro Beach Tour” mərhələsi keçirilib

10 Avqust 2017 10:42

Xəbər 962 dəfə oxunub

Türkiyənin Samsun şəhərində çimərlik voleybolu üzrə “Pro Beach Tour” mərhələsi keçirilib.Azərtac xəbər verir ki, Azərbaycanı “Pro Beach Tour” mərhələsində çimərlik voleybolçularımız Viktoriya Ağakişiyeva və Zina Lyubimova cütlüyü təmsil edib. Voleybolçularımız bu mərhələnin həlledici görüşündə türkiyəli həmkarlarını 2:0 hesabı ilə (21-19/21-19) məğlub edərək yarışın qalibi olublar.Türkiyə Voleybol Federasiyası tərəfindən təşkil edilən yarışda qaliblərə medallar və qiymətli hədiyyələr təqdim olunub.xeber100.com