Azərbaycan millisi FIFA reytinq cədvəlində

10 Avqust 2017 11:04

Xəbər 814 dəfə oxunub

FIFA milli komandaların reytinqini açıqlayıb.Azərtac xəbər verir ki, KONKAKAF kuboku və yoxlama oyunlarının nəticələrinə əsasən Azərbaycan millisi FIFA reytinq cədvəlində 79-cu sırada qərarlaşıb.Hesabat dövründə heç bir matç keçirməyən Robert Prosineçkinin yetirmələrinin hesabında 427 xal var. Millimiz ötən ayla müqayisədə 1 pillə irəliləyib. Buna qonşu pillələrdəki yığmaların mövqe dəyişiklikləri səbəb olub.xeber100.com