Böyük Britaniyanın paytaxtı Londonda keçirilən atletika üzrə dünya çempionatının yeddinci günü yekunlaşıb.Azərtac xəbər verir ki, çempionatda dörd idmançı ilə iştirak edən Azərbaycan millisinin son təmsilçisi də yarışı başa vurub.Üçtəkanla tullanmada çıxış edən Aleksis Kopello final mərhələsində medallar uğrunda mübarizə aparıb. Atletimiz 17 metr 16 santimetr nəticə göstərib. Bürünc medal qazanmağa cəmi üç santimetri çatmayan A.Kopello dünya çempionatında beşinci pillədə qərarlaşıb. O, daha iki idmançı ilə eyni nəticə göstərsə də, əlavə göstəricilərə görə onlardan birindən öndə, digərindən geridə yer alıb.Bununla da A.Kopello çempionatdakı təmsilçimiz Anna Skidan kimi beşinci yerlə kifayətlənib. Digər iki idmançımız – üçtəkanla tullanmada Nazim Babayev, 5 min metr məsafəyə qaçışda isə Hayle İbrahimov final mərhələsinə çıxa bilməyiblər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…