Vergilər Nazirliyinin Tədris Mərkəzi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) tabeliyində olan Elektron Hökumət Təlim-Tədris Mərkəzi arasında əməkdaşlıq müqaviləsi imzalanıb.RYTN-dən Azərtac-a verilən məlumata görə, müqavilə iki qurum arasında təlim sahəsində qarşılıqlı tərəfdaşlığı və gələcək perspektivlərin müəyyənləşdirilməsini əhatə edir. Vergilər Tədris Mərkəzinin Şamaxı şəhərində yerləşən inzibati binasında baş tutan imzalama mərasimində Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəisi Əli Həsənov və Elektron Hökumət Təlim-Tədris Mərkəzinin direktor vəzifəsini icra edən Rauf Cabbarov iştirak ediblər.Müqavilə tərəflər arasında əsas fəaliyyət istiqamətləri üzrə birgə təlim, seminar və digər tədbirlərin keçirilməsi, mütəxəssislərin mübadiləsi, elmi-tədqiqat işlərinin aparılması, metodiki dəstək və digər sahələr üzrə qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılması və inkişafı məqsədilə imzalanıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…