2020-ci ildə Tokioda keçiriləcək olimpiya oyunlarında…

14 Avqust 2017 11:09

Xəbər 721 dəfə oxunub

Fransalı idman yürüşçüsü, ən yaşlı dünya çempionu İohann Dini 2020-ci ildə Tokioda keçiriləcək olimpiya oyunlarının medalını qazanmaq niyyətindədir.Azərtac xəbər verir ki, 39 yaşlı fransız bazar günü 50 kilometr məsafəyə idman yerişi üzrə dünya birinciliyində qızıl medal qazanıb. Dini bu məsafəni 3 saat 33 dəqiqə 11 saniyəyə qət etməklə dünya birinciliklərində rekordu təzələyib. İdman yerişi üzrə bundan əvvəlki rekord nəticə (3 saat 36 dəqiqə 03 saniyə) 2003-cü ildə Fransada keçirilən yarışlarda polyak Robert Korjenevski tərəfindən müəyyən edilmişdi.Dini jurnalistlərə deyib: “Bazar günü əladır. Əminəm ki, karyeramı başa çatdırmaq barədə qərar qəbul etməyə dəyməz. Mənim bir titulum – Olimpiya medalım hələ də yoxdur. Tokioda finişə birinci çataraq bu medalı qazansaydım, əla olardı”.Dini 2007-ci ildə 50 kilometr məsafəyə idman yerişi üzrə dünya çempionatının gümüş mükafatçısı, üç dəfə – 2006, 2010 və 2014-cü illərdə Avropa çempionu olub.xeber100.com