UEFA Avropa Liqasında pley-off mərhələsinə start veriləcək

16 Avqust 2017 12:15

Xəbər 1087 dəfə oxunub

Bu gün futbol üzrə UEFA Avropa Liqasında pley-off mərhələsinə start veriləcək.Azərtac xəbər verir ki, Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində 22 qarşılaşma oynanılacaq. İki gün davam edəcək oyunların ilk günündə bir, avqustun 17-də isə 21 matç baş tutacaq.Qrup mərhələsinə vəsiqələr uğrunda mübarizəyə Hollandiyada start veriləcək. “Utrext” öz meydanında “Zenit”i sınağa çəkəcək. Türkiyə təmsilçisi “Fənərbaxça” da meydana çıxacaq. İstanbul klubu Makedoniyada “Vardar”ın qonağı olacaq.xeber100.com