MDB ölkələri milli idman növlərinin birinci festivalı keçirilib

16 Avqust 2017 12:17

Xəbər 1240 dəfə oxunub

Rusiyanın Ulyanovsk vilayətində MDB ölkələri milli idman növlərinin və oyunlarının birinci festivalı keçirilib.Azərtac xəbər verir ki, mindən çox idmançının yarışdığı mötəbər turnirin proqramına Olimpiya və qeyri-Olimpiya idman növləri daxil edilib. İdmançılar festivalda 70 dəst medal uğrunda mübarizə aparıblar.“Neftçi İdman Klubu”nun samboçusu Cavidan Qarayev (62 kq) festivalda uğura imza atıb. Səhliman Ağayevin yetirməsi bütün görüşlərdən qalib ayrılıb və mötəbər yarışın qızıl medalına sahib olub.xeber100.com