Avqustun 28-dən sentyabrın 3-dək Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatı keçiriləcək.Azərtac xəbər verir ki, mundialda iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb. Yığmamız dünya çempionatına 17 idmançı ilə yollanacaq.Məşqçilər korpusu mundialda Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Tural Səfquliyev, Məmmədəli Mehdiyev (hər ikisi 90 kq), Elxan Məmmədov, Elmar Qasımov (hər ikisi 100 kq), Uşanqi Kokauri (100 kq-dan yuxarı), qadın cüdoçuların yarışında isə Leyla Əliyeva, Erdenebat Bazarraqça (hər ikisi 48 kq), Nəzakət Əzizova, Purevsuren Buyanxişiq (hər ikisi 52 kq), Səkinə Zayırova, İçinxorlu Munxtsedev (hər ikisi 57 kq), Gülsədəf Kərimova (63 kq) və İrina Kindzerska (78 kq-dan yuxarı) şans verəcək.Yarışda 134 ölkədən 794 cüdoçunun (482 kişi, 312 qadın) iştirakı gözlənilir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…