Sərhəd Qoşunları əməkdaşlarına bank xidmətləri göstərən “Azərbaycan Beynəlxalq Bankı” (ABB) 18 Avqust – Sərhəd Qoşunları Günü münasibətilə özəl kampaniyaya başlayır.Bankdan Azərtac-a bildiriblər ki, ABB-nin maaş kartına sahib Azərbaycan sərhədçiləri kampaniyadan faydalanaraq nağd pul kreditini bankdan 2 faiz endirimlə əldə edə bilərlər. Kampaniya avqustun 16-dan 25-dək keçərlidir.Kampaniyanın özəllikləri: kreditin məbləği – 15 000 manatadək, kreditin müddəti – 36 ayadək, illik faiz dərəcəsi – 2 faiz endirimlə 25 faizdən başlayaraq 3 min manatadək zaminsiz, kreditin rəsmiləşdirilməsi komissiyasız.Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş bu krediti “Azərbaycan Beynəlxalq Bankı”nın bütün filiallarından almaq olar. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi ilə bankın filiallarına yaxınlaşmaq kifayətdir. Kredit rəsmiləşdirilən zaman müştəri avtoödəmə sisteminə qoşulmaqla aylıq kredit borclarının ödənişini banka gəlmədən rahat bir şəkildə həyata keçirə bilər.”Azərbaycan Beynəlxalq Bankı”nın digər məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “facebook” səhifəsindən əldə etmək olar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…