“Qarabağ”ın oyunlarını keçirəcəyi stadionlar müəyyənləşib

25 Avqust 2017 13:42

Xəbər 938 dəfə oxunub

Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsində Ağdamın “Qarabağ” komandasının ev və səfər oyunlarını keçirəcəyi stadionlar müəyyənləşib.Azərtac UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, “C” qrupunda çıxış edəcək Azərbaycan klubu rəqiblərini Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək.Ağdam komandası sentyabrın 27-də İtaliyanın “Roma”, oktyabrın 18-də İspaniyanın “Atletiko Madrid” və noyabrın 22-də İngiltərənin “Çelsi” klubları ilə ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.“Qarabağ” oktyabrın 31-də “Atletiko Madrid”in yeni arenası olan 68 min nəfərlik “Vanda Metropolitano” stadionunda meydana çıxacaq.“Qarabağ” sentyabrın 12-də İngiltərənin paytaxtı Londondakı 42 mindən çox azarkeş tutumlu “Stemford Bric” stadionunda “Çelsi” komandası ilə üz-üzə gələcək.Ağdam təmsilçisi dekabrın 5-də sonuncu oyunda İtaliyanın paytaxtındakı 72 minlik “Olimpiko” stadionunda “Roma”nın qonağı olacaq.xeber100.com