Ağdamın “Qarabağ” futbol komandası UEFA Çempionlar Liqasının qrup mərhələsində ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək.Azərtac xəbər verir ki, bu turnirin pley-off mərhələsinin Bakıda keçirilmiş oyununda stadionu tam dolduran “Qarabağ” azarkeşləri kluba olan sevgisini və inamını nümayiş etdirib. Bu uğurlu çıxışdan sonra oyuna gəlmək istəyən azarkeşlərin çoxluğunu nəzərə alan Ağdam təmsilçisi ev oyunlarını daha çox azarkeş tutumuna malik olan stadionda – Bakı Olimpiya Stadionunda keçirməklə bağlı UEFA-ya müraciət edib.Artıq UEFA tərəfindən “Qarabağ”ın sorğusuna cavab gəlib. Qitənin ali futbol qurumu komandanın bu müraciətini təsdiqləyib.“Qarabağ” sentyabrın 27-də UEFA Çempionlar Liqasının ikinci turu çərçivəsində İtaliyanın “Roma” klubunu Bakı Olimpiya Stadionunda qəbul edəcək.Matç Bakı vaxtı ilə 20:00-da keçiriləcək.Qeyd edək ki, Bakı Olimpiya Stadionu 68 min 500 tamaşaçı tutumuna malikdir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…