“Azərbaycan Beynəlxalq Bankı”nın (ABB) xarici öhdəliklərinin könüllü restrukturizasiyası planına uyğun olaraq 2017-ci il sentyabrın 1-də bankın kreditorlarına yeni maliyyə alətləri təqdim edilib və bununla da müəyyən öhdəliklərin dövlətə ötürülməsi uğurla başa çatıb.ABB-dən Azərtac-a bildiriblər ki, 2017-ci il iyulun 18-də Azərbaycan Beynəlxalq Bankının kreditorlarının yığıncağı keçirilib. Səsvermənin nəticələrinə əsasən, bankın restrukturizasiya olunan öhdəliklərinin 93.9 faizə malik kreditorlar planın lehinə səs verib. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, Maliyyə Bazarlarına Nəzarət Palatasının rəyindən sonra Bakı şəhər, Nəsimi Rayon Məhkəməsi 2017-ci il avqustun 17-də Planın təsdiqlənməsinə dair qərar çıxarıb. Azərbaycan Beynəlxalq Bankının xarici kreditorlar qarşısındakı öhdəliklərinin 2017-ci il mayın 11-dən elan edilmiş könüllü restrukturizasiyası prosesi Nəsimi Rayon Məhkəməsinin prosesə xitam verilməsinə dair qərarı ilə tam yekunlaşmış olacaqdır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…