Premyer Liqasının dördüncü turuna sentyabrın 8-də start veriləcək

3 Sentyabr 2017 20:41

Xəbər 845 dəfə oxunub

Futbol üzrə Azərbaycan Premyer Liqasının dördüncü turuna sentyabrın 8-də start veriləcək. Həmin gün turun ilk qarşılaşması “Dalğa Arena”da paytaxtın “Səbail” və Ağdamın “Qarabağ” komandaları arasında keçiriləcək.Sentyabrın 9-da turun mərkəzi matçı Qəbələ şəhər stadionunda oynanılacaq. Qəbələ təmsilçisi çempionatın lideri Bakının “Zirə” klubunu qəbul edəcək.Həmin gün Yevlax şəhər stadionunda “Kəpəz” komandası paytaxtın “İnter” klubu ilə görüşəcək.
Turun sonuncu matçında “Sumqayıt” klubu “Kapital Bank Arena”da “Neftçi” klubu ilə üz-üzə gələcək.Qeyd edək ki, üç turdan sonra “Zirə” və “Qarabağ” kollektivləri çempionatda xal itkisi olmadan irəliləyirlər.Hazırda doqquz xala malik “Zirə” klubu Ağdam təmsilçisi ilə birlikdə turnir cədvəlində birinci-ikinci pillələri bölüşür. “Qəbələ” klubu isə altı xalla üçüncü yerdədir.xeber100.com