“Moody’s” beynəlxalq reytinq agentliyi aşağı neft və təbii qaz qiymətlərinin bu sektora və qazma sənayesinə mənfi təsir etdiyi barədə xəbərdarlıq edib. AZƏRTAC xəbər verir ki, “Moody’s”dən edilən yazılı şərhdə, aşağı enerji qiymətləri ilə əlaqədar axtarış-istehsal fəaliyyəti göstərən şirkətlərin xərclərinin azalması səbəbindən qlobal neft sektoru və qazma xidmətləri sənayesinin çətin vəziyyətə tab gətirdiyi bildirilir. Şərhdə bununla əlaqədar “Moody’s”in qlobal neft və qazma xidmətləri sektoru üzrə proqnozunu “mənfi”də saxlamağa davam etdirdiyi deyilir.“Moody’s” hesab edir ki, son 3 ayda neftin qiymətinin bahalaşmasına baxmayaraq, bu sektordakı həddən artıq təklif çoxluğu ilə əlaqədar şirkətlərin yenidən özlərinə gəlməsi vaxt alacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…