Sentyabrın 11-dən 16-dək Çinin Çendu şəhərində Dünya Turizm Təşkilatının Baş Assambleyasının 22-ci sessiyası keçiriləcək.Azərtac DTT-nin saytına istinadla xəbər verir ki, mindən çox nümayəndəni əhatə edəcək sessiyada Dayanıqlı İnkişafın Məqsədlərinə turizmin töhfəsini necə artırmaq məsələləri müzakirə olunacaq, təşkilatın 2018-2019-cu illərdə fəaliyyət istiqamətləri müəyyənləşdiriləcək.Sessiyanın gündəliyinə turizm və Dayanıqlı İnkişaf Məqsədləri üzrə debatların keçirilməsi, intellektual turizmə dair xüsusi sessiya, DTT-nin Turizm üzrə Qlobal Kodeksini beynəlxalq konvensiyaya çevirmək, turizm sektorunda cari tendensiyalar və digər məsələlərin müzakirəsi daxil edilib. Assambleyada, həmçinin DTT-nin növbəti illər üçün fəaliyyət istiqaməti və əsas prioritetləri müzakirə olunacaq.Sessiya iştirakçılarının siyahısında Azərbaycan nümayəndə heyəti də göstərilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…