İcbari Sığorta Bürosu sığortalılar üçün mərkəzləşdirilmiş virtual istifadəçi kabineti yaradır.Azərtac xəbər verir ki, bu barədə məlumat İcbari Sığorta Bürosunun dərc etdiyi hesabatda yer alıb.Hesabatda qeyd olunur ki, bütün xidmət sahələrində olduğu kimi, sığorta sahəsində də istifadəçilərin istək və ehtiyaclarının çevik şəkildə təmin edilməsi vacibdir. Büro hesab edir ki, vətəndaşlar öz icbari sığorta müqavilələri və onların vəziyyətinə dair operativ qaydada xronoloji və cari məlumat əldə etmək, təqdim etdiyi sığorta tələblərinin icra statusunu izləmək, həmçinin sığortaçı, vasitəçi və tənzimləyici ilə əks əlaqə yaratmaq imkanına malik olmalıdır. Bunun üçün büro sığortalılar üçün virtual rejimdə fəaliyyət göstərəcək mərkəzləşdirilmiş istifadəçi kabinetinin yaradılması və tətbiqi konsepsiyası üzərində işə başlayıb. Hazırda onlayn kabinetə giriş zamanı istifadə olunacaq audentifikasiya üsulları, təqdim olunacaq alətlər çeşidi və funksionallıq dəqiqləşdirilir.İstifadəçi kabineti vasitəsilə sığortalılar icbari sığorta ilə bağlı bütün əməliyyatları heç bir yerə getmədən, eyni mərkəzdən idarə edə biləcəklər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…