Sentyabrın 15-də Moskvada MDB İqtisadi Şurasının 75-ci iclası keçirilib. İclasda Azərbaycanı Baş nazirin birinci müavini Yaqub Eyyubovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.İclas iştirakçıları torpaqların meliorasiyası, neft-qaz maşınqayırması sahələrində əməkdaşlıq konsepsiyası, malların mənşəyinin müəyyən edilməsi haqqında sazişə, eləcə də beynəlxalq avtomobil yükdaşıyıcılarının peşəkarlığının artırılması barədə sazişə əlavələr edilməsi məsələlərini nəzərdən keçiriblər.İqtisadi Şuranın üzvləri bu ilin noyabrında keçiriləcək MDB Hökumət Başçıları Şurasının iclasına təqdim olunacaq bir sıra sənədlərin layihələrini müzakirə ediblər. Sənədlər arasında beynəlxalq kartellərlə mübarizədə səylərin birləşdirilməsi, MDB Hökumət Başçıları Şurası ilə MDB Dövlət Başçıları Şurasının səlahiyyətlərinin müəyyən edilməsi, eləcə də MDB Xarici İşlər Nazirləri Şurası və MDB İqtisadi Şurası haqqında əsasnamələrin layihələri var idi.İclasda 2010-cu ilədək MDB ölkələrində əhalinin siyahıyaalınmasına hazırlıq məsələləri diqqət mərkəzində olub, büdcə-maliyyə və təşkilatı məsələlərə baxılıb.MDB İqtisadi Şurasının növbəti iclası bu ilin dekabrında Moskvada keçiriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…