Həndbol Federasiyasının məlumatı

17 Sentyabr 2017 10:50

Xəbər 824 dəfə oxunub

Azərbaycanın qadınlardan ibarət “Nur” həndbol komandası Avropa Həndbol Federasiyası (EHF) kuboku uğrunda ilk oyununu keçirib.Azərbaycan Həndbol Federasiyasından Azərtac-a bildirilib ki, son ölkə çempionu Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində İsveçin “Luqi HK” komandası ilə üz-üzə gəlib. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən oyun 24:24 hesablı heç-heçə ilə yekunlaşıb.Matça rəqib komanda üstün başlayıb. Lakin təşəbbüsü ələ alan Mingəçevir təmsilçisi hesab arasındakı fərqi azaldıb. Buna baxmayaraq, isveçli həndbolçular ilk hissədə minimal hesabla qalib gəliblər – 11:10. Görüşün ikinci hissəsində komandamız əzmkar oyun nümayiş etdirib. “Nur” kollektivi qarşılaşmanın ikinci setində güclü rəqibini 14:13 hesabı ilə məğlub etməyi bacarıb.Görüşü ukraynalı hakimlər briqadası – Marina Dupli və Olena Kaverina idarə edib. EHF nümayəndəsi isə ruminiyalı Horatu Kristian Belu olub.Komandalar arasında cavab oyunu sentyabrın 17-də Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçiriləcək.xeber100.com