Həndbolçular arasında növbəti oyun keçirilib

18 Sentyabr 2017 12:28

Xəbər 920 dəfə oxunub

Sentyabrın 17-də qadın həndbolçular arasında Avropa Həndbol Federasiyası (EHF) kuboku uğrunda Azərbaycan təmsilçisi “Nur” İsveçin “Luqi HK” komandası ilə növbəti oyununu keçirib.Azərbaycan Həndbol Federasiyasından Azərtac-a bildirilib ki, Mingəçevirdə “Kür Olimpiya Tədris-İdman Mərkəzi”ndə baş tutan oyun komandamızın üstünlüyü ilə yekunlaşıb. Görüşün ilk dəqiqələrindən təşəbbüsü ələ alan komandamız birinci hissəni beş xal fərqlə öndə bitirib: 15:10. İkinci hissə daha gərgin mübarizə ilə yadda qalıb. Hər iki komandanın maraqlı və qarşılıqlı hücumları şəaitində keçən oyunda daha dəqiq oynayan skandinaviyalılar seti 17:14 hesabı ilə öz xeyirlərinə başa vurublar. Lakin iki hissənin nəticəsinə görə 29:27 hesabı ilə Azərbaycan həndbolçuları qalib gəliblər.Xatırladaq ki, sentyabrın 16-da keçirilən ilk oyunda komandalar 24:24 hesablı bərabərliklə kifayətlənməli olmuşdular. İki oyunun ümumi nəticəsinə görə isə Mingəçevir təmsilçiləri 53:51 hesabı ilə güclü rəqiblərini məğlub ediblər.xeber100.com