UEFA İcraiyyə Komitəsinin qərarına əsasən…

20 Sentyabr 2017 12:03

Xəbər 711 dəfə oxunub

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Brüsseli 2020-ci ildə Futbol üzrə Avropa Çempionatına ev sahibliyi edəcək şəhərlərin sırasından xaric edə bilər.Azərtac UEFA-ya istinadla bildirir ki, Belçikanın paytaxtı Brüssel AVRO-2020 matçlarının keçirilməsi hüququndan məhrum edilə bilər. Buna səbəb – Brüsseldə yeni stadion tikintisinin gecikdirilməsidir. “Çempionat” portalının verdiyi məlumata görə, bu gün, sentyabrın 20-də UEFA İcraiyyə Komitəsi Brüsselin Avropa forumuna ev sahibliyi edəcək şəhərlərin siyahısından çıxarılması barədə qərar qəbul edə bilər.Lakin ola bilsin ki, UEFA yeni arena tikintisinə dair təzə sənədlərin bir həftə bundan əvvəl Brüsseldə təqdim edilməsini nəzərə alaraq, İcraiyyə Komitəsinin bu il dekabr ayında keçiriləcək iclasına qədər gözləyəcək və həmin iclasda Avropa-2020 çempionatının matçlarının keçiriləcəyi on üç şəhərin son siyahısı təsdiq ediləcək.Brüsseldəki “Eurostadium” adlı yeni arenada Avropa-2020 çempionatının qrup mərhələsində üç oyun və 1/8 finalda bir oyun keçirilməsi planlaşdırılır. Əgər Belçika 2020-ci ildə Futbol üzrə Avropa Çempionatına ev sahibliyi edəcək ölkələrin siyahısından çıxarılarsa, bu halda UEFA Belçikanın əvəzinə Fransa və Uelsi nəzərdən keçirəcək.Belçika Kral Futbol Assosiasiyasının baş katibi Koen de Brabander əminliklə bildirir ki, “Eurostadium” stadionu, vəd edildiyi kimi, 2019-cu ildə hazır olacaq.Xatırladaq ki, Avropa Çempionatının 60 illik yubileyi münasibətilə UEFA AVRO-2020-nin bütün Köhnə Dünyada 13 şəhərdə keçirilməsini qərara alıb.UEFA İcraiyyə Komitəsi 2014-cü ilin sentyabrında qərara alıb ki, 2020-ci ildə Avropa Çempionatı 13 ölkədə keçiriləcək. Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Münxen (Almaniya) və Bakı (Azərbaycan) şəhərlərinin hər birində qrup mərhələsinin bir matçı və ¼ final mərhələsinin bir görüşü keçiriləcək. Daha 8 şəhər – Kopenhagen (Danimarka), Buxarest (Rumıniya) , Amsterdam (Niderland), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan), Brüssel (Belçika) və Qlazqo (Şotlandiya) şəhərlərinin hər biri qrup mərhələsində üç matça və 1/8 final mərhələsində bir görüşə ev sahibliyi edəcək. Avropa Çempionatının yarımfinal və final yarışları Londondakı “Uembli” stadionunda keçiriləcək.xeber100.com

 

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02