Güləş üzrə 32-ci dünya çempionatının ikinci gününə start verilib

21 Sentyabr 2017 11:54

Xəbər 786 dəfə oxunub

Sentyabrın 21-də Litvanın Klaypeda şəhərində keçirilən hərbçilər arasında güləş üzrə 32-ci dünya çempionatının ikinci gününə start verilib.Azərtac xəbər verir ki, yarışın ikinci günündə Azərbaycanın iki idmançısı mübarizəyə qoşulur. Sərbəst güləşçilərimizdən Rəşad Yusifli (74 kq) və Əşrəf Əliyev (86 kq) xalça üzərinə çıxacaqlar.Qeyd edək ki, dünya çempionatının birinci günündə yığmamızın üzvləri bir qızıl, bir gümüş, üç bürünc medal qazanıblar.xeber100.com