Döyüş növləri üzrə V Asiya Oyunları davam edir

21 Sentyabr 2017 11:59

Xəbər 801 dəfə oxunub

Aşqabadda qapalı məkanlarda və döyüş növləri üzrə V Asiya Oyunları davam edir.Azərtac-ın Aşqabada ezam olunan müxbiri xəbər verir ki, Oyunların beşinci günündə – sentyabrın 21-də idmançılar 3×3 basketbol, kəmər güləşi, bilyard, boulinq, şahmat, atçılıq, futzal, tennis, kuraş, muay-tay, taekvondo, velosiped idmanı və ağırlıqqaldırma yarışlarında mübarizə aparırlar.Bu gün 30 dəst medal sahibini tapacaq.Qeyd edək ki, “Aşqabad-2017″də 6 min atlet 21 idman növü üzrə mübarizə aparır.xeber100.com