Topaz Premyer Liqasının VI turu çərçivəsində

22 Sentyabr 2017 11:48

Xəbər 841 dəfə oxunub

Topaz Premyer Liqasının VI turu çərçivəsində “Neftçi” ilə oyuna hazırlaşan “Qəbələ” heyətinə daha bir futbolçu cəlb edib.Klubdan Azərtac-a bildiriblər ki, “Qırmızı-qaralar” nigeriyalı hücumçu Ekiqo Ehiosun ilə heyətini gücləndirib. Azad agent statusu ilə komandaya qoşulan 27 yaşlı futbolçu ilə birillik müqavilə imzalanıb.2014-2015-ci il mövsümündə icarə əsasında “Qəbələ”də çıxış edən Ehiosun “qırmızı-qaralar”ın forması ilə 32 oyunda 6 qol vurub. Bütün qollarını çempionatda vuran legioner Premyer Liqada 29, ölkə kubokunda 3 matçda forma geyib.Futbolçu Azərbaycana ilk gəlişinə qədər vətənində “Varri Volves” (2008-2011), Türkiyədə “Samsunspor” (2011-2012) və “Gənclərbirliyi” (2012-2015) klublarında çıxış edib. 2013-2014-cü illərdə “Samsunspor”, 2014-2015-ci illərdə “Qəbələ”yə icarəyə verilən Ekiqo iki il əvvəl Türkiyəyə qayıdıb. O, “Samsunspor” (2015-2016) və “Qazişehir Qaziantep” (2016) komandalarında çıxış edib.Ehiosun 2011-ci ildə debüt etdiyi Nigeriyanın əsas yığmasında 6 oyunda 1 qol vurub.xeber100.com