Sentyabrın 23-də Göygöl Olimpiya İdman Kompleksində qadınlar arasında voleybol üzrə Avropa çempionatının “D” qrupunda yer alan Çexiya və Belçika komandaları qarşılaşıblar.Azərtac xəbər verir ki, hər iki komanda qrup mərhələsinin ilk turunda məğlub olduqları üçün bu görüş onlar üçün mühüm əhəmiyyət daşıyıb. Çexiya yığma komandası gərgin idman mübarizəsi şəraitində keçən oyunun ilk setində 19:25 hesabı ilə məğlub olub. Lakin bundan sonra ardıcıl üç setdə qalib gəliblər – 25:23, 28:26, 25:19).Beləliklə, maraqlı qarşılaşmada 3:1 hesabı ilə qələbə qazanan Çexiya voleybolçuları ilk oyunda məğlubiyyətdən sonra çempionatda qələbə qazana biliblər. Belçika millisi isə ikinci görüşdə də məğlub olub.“D” qrupunun digər görüşündə Serbiya və Niderland komandaları üz-üzə gələcəklər. Hər iki komanda çempionata qələbə ilə başlayıblar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…