Premyer Liqasının VI turu çərçivəsində

23 Sentyabr 2017 20:44

Xəbər 859 dəfə oxunub

Sentyabrın 23-də Azərbaycan Premyer Liqasının VI turu çərçivəsində “Səbail” komandası Kəpəz” klubu ilə qarşılaşıb.Azərtac xəbər verir ki, “Dalğa Arena”da keçirilən görüşü baş hakim Rəhim Həsənov idarə edib.Matçın ilk hissəsində hesab açılmayıb. Görüşün ikinci hissəsində ev sahibləri istəklərinə çatıblar. Oyunun 60-cı dəqiqəsində Elman Taqayev hesabı açıb və görüş “Səbail” klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.Bu qələbədən sonra “Səbail” klubu 6 xalla altıncı sırada qərarlaşıb. Aktivində 1 xal olan “Kəpəz” isə sonuncu sıradadır.xeber100.com